ManşetSiyasət

Paşinyanın çıxışı ortalığı qarışdırdı: İrəvan Qarabağ ermənilərini boş kəndlərə köçürməyə hazırlaşır?

Bu gün Ermənistan hökumətinin iclasında bir sıra məsələlər müzakirə olunub. Onlardan biri də Ermənistanda əhali çatışmazlığı, boş qalan evlərin və ərazilərin məsələsi olub. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın baş naziri bununla bağlı çıxışında bildirib ki, əsas problem işçi qüvvəsi çatışmazlığı və məskunlaşma işinin təşkilidir.

Qeyd edək ki, Paşinyanın bu açıqlaması İrəvanda böyük narazılıqla qarşılanıb. Buna səbəb isə həmin açıqlamadan ermənilərin fərqli nəticə çıxarması olub. Belə ki, Ermənistan erməniləri hesab edirlər ki, baş nazir Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsinə hazırlaşır.

Bununla bağlı danışan politoloq Stepan Danelyan bildirib ki, Brüsseldə keçirilən görüşdə bir sıra razılaşmalar əldə olunub. “Paşinyan Brüsselə Qarabağı qanuni yolla yox, öz istəyinə uyğun boşaltmaq üçün getmişdi. Bu, onların siyasətidir və düşünülmüş və hesablanmış addımlarla buna gedirlər”,

O iddia edib ki, Qarabağın boşaldılmasından sonra Azərbaycanın növbəti tələbi Süniki Azərbaycana təhvil vermək olacaq. “İndiki hökumət dəhlizin açılması və Qarabağda humanitar fəlakətin qarşısının alınması üçün çoxlu addımlar ata bilərdi, lakin heç bir addım atmadı. Əgər onların həqiqətən belə bir planı olsaydı, onlara BMT-nin Təhlükəsizlik Şurasının iclasının çağırılmasına çalışardılar. Amma görürük ki, hətta Ermənistanda onların televiziya şirkətləri Qarabağdakı vəziyyət barədə ümumiyyətlə danışmırlar. Və biz daha çox diqqət yetirsək və o dövrün hökumətinin bu və ya digər nümayəndələrinin və ya ona yaxın insanların Qarabağ problemi ilə bağlı dediklərinə qulaq assaq, görərik ki, onlar artıq Ermənistanın hansı bölgələrinə köçlər təşkil etmək, xüsusən də Ermənistana əlavə insan ehtiyac olduğunu danışırlar. Məqsəd isə Qarabağdan olan qaçqınları məskunlaşdırmaqdır”.

Stepan Danielyan deyir ki, Paşinyanın son açıqlaması daxili auditoriya, eləcə də Qarabağda yaşayanlar üçün deyilən bəyanatdır. “Niyyətləri odur ki, Qarabağ erməniləri bunu eşidib ərazini boşaltmağa hazırlaşsınlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button