ManşetSiyasət

Paşinyan üçtərəfli görüşdən niyə imtina edib?

Xəbər verildiyi kimi, noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının görüşü gözlənilirdi. Lakin gözlənilmədən Kreml belə verdiyi açıqlamanı geri götürdü. Sonradan məlum oldu ki, görüşün baş tutmamasının səbəbkarı Ermənistanın baş naziri Nikol Paşinyan olub.

JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı çeşidli versiyalar var. Onlardan biri budur ki, Paşinyan Azərbaycan tərəfinin təkliflərini qəbul etmək gücündə olmadığını dilə gətirib. Hətta o da qeyd edilir ki, rəsmi Bakının təkliflərini qəbul edərsə, Paşinyan, devriləcəyini bildirib.

Amma başqa versiyalar da var. JAMAZ.İNFO xəbər verir ki, bu versiyalar sırasına daha biri əlavə olunub. Həmin versiyanı irəli sürən isə erməni siyasətçi Ara Vardanyandır. O iddia edib ki, hələ bir xeyli əvvəl ortaya çıxan sənədin yayımlanması Paşinyanı imzalama prosesini təxirə salmağa vadar edib. O deyib ki, görüşün və sənədlərin imzalanmasının gecikməsi müqabilində isə Ermənistanın baş naziri delmitasiya və demarkasiya prosesi başlamadan Azərbaycana müəyyən ərazi güzəştə gedib. “Qafan-Gorus yolunun Azərbaycana güzəştə gedilməsi onlardan biridir. Və Paşinyan bununla oranı Azərbaycan ərazisi olaraq tanıyıb. Bundan başqa, demarkasiya prosesi olmadan Azərbaycana yolun üzərində gömrük məntəqəsi tikməsinə də razılıq verilib”.

Vardanyan bildirib ki, bu hələ son deyil. Onun sözlərinə görə, yaxın vaxtlarda daha bir neçə güzəştin şahidi olacaqlar. “Nikol sadəcə, öz fiziki təhlükəsizliyini düşünür. O, prosesi ləngidir və bununla da yaşamaq üçün zəmanət almağa çalışır. Lakin bütün bu gecikmə zamanı azərbaycanlılar öz planlarını maneəsiz həyata keçirəcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button