Xəbər verdiyimiz kimi, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana müraciət edərək, əsir götürülmüş diversantların geri qaytarılması müqabilində oğlunu verməyə hazır olduğunu bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, bu gün Nikol Paşinyan tabeçiliyində olan dövlət qurumlarına tapşırıq verib ki, onu bu təklifini rəsmi olaraq Bakıya çatdırsınlar.
O deyib: “Mən lazım olan dövlət qurumlarına oğlumun erməni əsrilərin buraxılması müqabilində Azərbaycana əsir kimi verməyimlə bağlı təklifimi rəsmi olaraq çatdırmağı tapşırmışam”.
Onun sözlərinə görə, o, belə bir addımı çıxılmaz duruma düşdüyündən deyil, əsirlərin daha tez geri qaytarılmasına nail olmaq üçün atır.
Paşinyan həmçinin Qarabağla bağlı məsələyə də toxunub. O deyib ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin başladılması, Qarabağ məsələsinin bağlanması anlamına gəlməməlidir. “Azərbaycan və Ermənistan sərhəddində gərginliyin azaldılması və aradan qaldırılması üçün ATƏT-in Minsk Qrupu tərəfindən qəbul edilmiş təkliflər formatında lazım olan addımları atmağa hazırıq. Biz təklif edirik ki, hər iki tərəf qoşunlarını geri çəksin. Bundan sonra, həmin əraziyə Rusiya hərbçiləri yerləşdirilsin. Və ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Sotk-Xoznavar istiqamətində sərhədlərin dəqiqləşdirilməsi prosesinə start verilsin”.
Sərhədlərin demarkasiya və delimitasiyası prosesi barədə danışarkən vurğulayıb ki, ABŞ-ın bu məsələdə köməklik göstərməsinə dair təklifinə diqqət etmək lazımdır. “Mən deyirəm ki, bu məsələ ilə məşğul ola biləcək Ermənistanın gücü, idarəçiləri var. Biz məsələni öz aramızda həll edə bilərik. Onlar isə deyirlər ki, guya, delimitasiya və demarkasiya başlarsa, Qarabağ məsələsi bağlanacaq. Yox, yox və bir daha yox. Əmin olun ki, biz buna imkan verməyəcəyik”.