ManşetSiyasət

Sergey Lavrov: “Qarabağın statusunu Minsk Qrupu ilə razılaşdırmaq lazımdır”

“Dağlıq Qarabağın statusuna dair məsələni birmənalı olaraq ATƏT-in Minsk Qrupu ilə razılaşdırmaq lazımdır. Lakin hazırda əsas məsələ bu deyil. Hazırda mühüm olan regiona sülhün gətirilməsinə nail olmaqdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, hazırda Qarabağın statusu ilə bağlı danışanları başa düşürəm. “Mən başa düşürəm ki, bir çoxları Qarabağın statusunun hələ də həll olunmaması barədə danışır. Bu məsələ ATƏT-in Minsk Qrupunun üzvləri ilə razılaşdırmaq lazımdır. İndiki mərhələdə bu məsələnin üzərinə gəlmək doğru deyil. Satus problemini qaldırmaq olmaz. Əksinə, qarşılıqlı etimadın yaradılmasına, humanitar məsələlərin həllinə, Azərbaycanlılar və ermənilərin birgə iqtisadi rifah və təhlükəsiz şəkildə yaşayışının təmin edilməsinə çalışmaq lazımdır. Belə olarsa, mən sizi əmin edirəm ki, 2- 3 ildən sonra status problemini həll etmək indikindən daha asan olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button