
“Mənim əlimdə dəqiq məlumat var ki, 9 noyabr razılaşmasından sonra Ermənistan hakimiyyəti şifahi şəkildə ordunun vacib və strateji yerlərdən çəkilməsi barədə göstəriş verib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.
O bildirib ki, həmin strateji yüksəklik və ərazilər Qubadlı və Zəngilan rayonlarının ərazisindədir. “Heç bir demarkasiya işləri görülmədən Ermənistanın hazırkı hakimiyyəti ordunun Zəngilan və Qubadlıdan çəkilməsinə göstəriş verib. Həmin ərazilər əlimizdə qalsayda, bir sıra üstünlüklər əldə etmiş olardıq”.