Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkəsinin bundan sonra noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın tələblərinin reallaşdırılması ilə bağlı fikirlərini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, erməni baş nazir bu barədə fikirlərinin FACEBOOK hesabında paylaşıb.
O bildirib ki, hazırda Ermənistan məlum anlaşmanın reallaşması üçün iki əsas məsələni prioritet hesab edir. “Birincisi, bəyanatın 8-ci bəndinədə birmənalı olaraq qeyd edilir ki, bütün əsirlər, girovlar və digər şəxslər, o cümlədən ölənlərini cəsədlərinin qaytarılması və ya dəyişdirilməsi prosesi yekunlaşmalıdır. Bu gün bizim üçün vacib amil döyüş bölgələrində genişmiqyaslı axtarış işlərinin aparılmasının təmin edilməsidir”.
Paşinyan ikinci prioritetə də toxunub. Onun sözlərinə görə, ikinci “hədəf” bütün regional iqtisadi və nəqliyyat-rabitə əlaqələrinin bərpa edilməsidir. Erməni baş nazir deyib ki, bu, yüklərini və digər nəqliyyat daşımalarının həyata keçirilməsidir. “Yəni, Ermənistan Azərbaycan üzərindən Rusiya və İrana yük daşımasını həyata keçirməlidir. Eyni zamanda, Azərbaycan da Ermənistan üzərindən Naxçıvana nəqliyyat daşımalarını reallaşdırmalıdır. Bir daha diqqətinizə çatdırıram. Üçtərəfli bəyanatda Mehri və ya Ermənistanın hər hansı bir ərazisindən keçəcək “dəhliz” termini yoxdur. Ermənistandan Rusiyaya, Azərbaycandan Naxçıvana yolun açılması ayrıca müzakirə predmetidir. Bu müzakirələrin başlaması üçün də əsirlərin, girovların dəyişdirilməsi, döyüşdə ölən əsgərlərin nəşlərinin təhvil verilməsi prosesinin başa çatdırlması, habelə geniş miqyasda axtarışlara icazənin verilməsi lazımdır”.