ManşetMedia

Müstəqil jurnalistlərdən tələb: “Media haqqında” Qanun layihəsi ictimai müzakirəyə çıxarılsın!

Müstəqil jurnalistlər və Azərbaycanda hazırlanan yeni “Media haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılması tələbi ilə bəyanat yayıb. 
Bəyanatın mətnini təqdim edirik:
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun yerinə “Media haqqında” Qanun layihəsinin hazırlanması barədə fərmandan, 12 yanvar 2021-ci ildən bəri keçən müddət ərzində layihə ilə bağlı heç bir açıq müzakirə aparılmayıb.
Yeni hazırlanan “Media haqqında” Qanun həm bütün media subyektlərini, həm çap həm də online media resurslarını əhatə etsə də qanun layihəsinin detalları bu günə qədər açıqlanmır.
Azərbaycanda söz və mətbuat azadlığına qarşı bu günə qədər atılan addımları nərəzə alsaq, hazırlanan yeni qanun layihəsinin də medianın inkişafına yox, jurnalistikanın və mediaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini deyə bilərik.
Mütəmadi olaraq jurnalistlərin təqibə məruz qalması, saytların bloklanması, jurnalistlərin ölkədən çıxışına qadağaların qoyulması, həbsə atılmaqları ölkədə media mühitinin nə qədər təzyiq altında olduğunu göstərir.
Beynəlxalq təşkilatların hesabatlarında media azadlığına görə ilbəil geriyə getməsi də Azərbaycanda medianın nə qədər basqı altında olduğunun sübutudur.
Bu bəyanata imza atanlar Azərbaycanda hazırlanan və indiyə qədər heç vaxt mətni açıqlanmayan “Media haqqında” Qanun layihəsinin həm jurnalistlərə, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə təqdim edilməsini tələb edir:
1. Nurlan Qəhrəmanlı
2. Əsli Qəhrəmanlı
3. Aynur Elgünəş
4. Mehman Əliyev
5. Dilarə Miriyeva
6. Zəhra Kələndərova
7. Əvəz Hafizli
8. Teymur Kərimov
9. Fərid İmran
10. Elməddin Şamilzadə
11. Əminə Məmmədova
12. Ülvi Həsənli
13. Fatimə Kərimova
14. Cavid Abdullayev
15. Natiq Cavadlı
16. Fatimə Mövlamlı
17. Sabina Abubekirova
18. Xanım Mustafayeva
19. İzolda Ağayeva
20. Nərgiz Absalamova
21. Elnarə Qasımova
22. Zərifə Novruz
23. Ülviyyə Əli
24. Təzəxan Mirələmli
25. Şəmşad Ağa
P.S. Bu bəyanata JAMAZ.İNFO olaraq biz də qoşuluruq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button