Bu gqn İstanbul Ağır Cinayətlər Məhkəməsi azərbaycanlı iş adamı, "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovla bağlı hökm çıxarıb. JAMAZ.İNFO xəbər verir ki, hakim Erk6n Öztürkün çıxardığı hökmə əsasən Mübariz Mənsimov ev dustaqlığına buraxılıb. Belə ki, məhkəmə Mübariz Mənsimova "FETÖ təşkilatına üzv olmaq" itttihamından bəraət verib. Lakin "FETÖ-yə yardım etmək" ittihamını saxlayaraq, bu əməlinə görə ona 5 il həbs cəzası kəsib. Məlumata görə, Mənsimov ona kəsilmiş 5 il həbs cəzasını Beşiktaşdakı evində ədliyyə qurumunun nəzarəti altında çəkəcək.