
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı Azərbaycana qarşı təxribatlarda ittiham edib. JAMAZ.İNFO xəbər verir ki, o həmçinin Ermənistanın hərəkətlərini Azərbaycana qarşı terror hücumu adlandırıb.
“Ermənistan öz sərhədlərini qoruyan Azəbaycana qarşı terror hücumu edib” deyə, nazir bildirib.
Çavuşoğlu Azərbaycanı dəstəklədiklərini bəyan edib. “Ermənistanı regionda sülh və sabitliyin təmin edilməsi üçün birgə addımlar atmağa çağırırıq. Ermənistan hazırdırsa, Türkiyə də hazırdır. Təxribatlar İrəvan üçün uğursuzluğa çevriləcək”.