ManşetSiyasət

Metyu Miller: “Hər iki yol açılmalıdır, Qarabağdakı “seçkiləri” isə tanımırıq”

“Biz Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatıq”. JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

O bildirib ki, Qarabağ əhalisinə lazımi humanitar yardımların çatdırılmasını təmin etmək üçün Laçın və Ağdam yollarının dərhal və eyni vaxtda açılmalıdır. “Biz liderləri, dövlət katibinin öz bəyanatlarında etdiyi kimi, gərginliyi artıran və ya bu məqsəddən yayındıran addımlar atmamağa çağırırıq. Bundan əlavə, biz Qarabağda marşrutların açılmasının və tərəflər arasında dialoqun aparılmasının vacibliyini həmişə vurğulamışıq. Qarabağın bu proses üçün etibarlı nümayəndələrinin olması vacib olsa da, əvvəllər dediyimiz kimi, biz Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq və buna görə də qondarma prezident seçkilərinin nəticələrinidə  tanımırıq”.

Millerin sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək səylərini güclü şəkildə dəstəkləməyə davam edəcək.

Dövlət Departamentinin “Siz bununla sülh danışıqları naminə insan hüquqlarını qurban vermirsizmi” sualına Millerin cavabı belə olub: “Mən indicə açıq şəkildə bildirdim ki, biz Qarabağa lazımi humanitar yardımın çatdırılması üçün hər iki yolun yenidən açılmasını istəyirik. Dövlət katibi, eləcə də Dövlət Katibliyinin digər nümayəndələri həftəsonu Ermənistan və Azərbaycan liderlərinə bu məsələyə geniş şəkildə aydınlıq gətiriblər. Ona görə də mən bu xarakteristikası ilə qətiyyən razılaşmıram”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button