
“Türkiyə Ermənistanla sərhədləri açmağa hazırdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş deyib.
O əlavə edib ki, bu məsələ Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasından asılıdır. “ Siyasi sabitlik əldə olunarsa, Qarsda sərhəd keçidləri açılacaq. Nəticədə ikitərəfli ticarət dövriyyəsi artacaq”.
Nazir əlavə edib ki, Türkiyə qısa müddət ərzində Ermənistan-Türkiyə sərhədində bütün infrastrukturları bərpa etməyə və yeni keçid məntəqələrini açmağa hazırdır.