ManşetSosial

Masallının “Köhnə Bazar”ı yandı: sahibkarlara külli miqdarda ziyan dəyib  

Bu gün səhər saatlarında Masallı rayonunun mərkəzində yerləşən “Köhnə Bazar” kimi tanınan bazarda yanğın baş verib. JAMAZ.İNFO rayon sakinlərinə istinadən xəbər verir ki, ərazidəki böyük binalardan birində meydana gələn yanğın digər obyektlərə sıçrayıb.

Hazırda yanğının sönüdürlməsi üçün əraziyə xeyli sayda yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının daha geniş əraziyə yayılmaması üçün tədbirlərin görüldüyü deyilir.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Bu barədə yanğın söndürüldükdən sonra təyin ediləcək ekspertiza nəticəsinə uyğun olaraq məlumat veriləcək.

Hadisə nəticəsində sahibkarlara külli miqdarda ziyan dəydiyi deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button