ManşetSiyasət

Maksim Yusin: “Azərbaycan Qarabağda əməliyyata başlayacaq və Rusiya buna göz yumacaq”

“Ermənistanın Rusiya ilə münasibətlərini pisləşdirməsi, KTMT-dəki nümayəndəsini geri çağırması, Nikol Paşinyanın həyat yoldaşının Kiyevə səfəri, habelə ABŞ-la birgə hərbi təlimlər keçirməsi daha çox çarəsizlik jestinə bənzəyir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər “Kommersant” qəzetinin köşə yazarı Maksim Yusinə məxsusdur.

Yusin bildirib ki, Azərbaycanın sərhəddə qoşun yığması, habelə Qarabağ ətrafında hərbi kontingentini gücləndirməsi adi məsələ deyil. “Məsələ təkcə Qarabağla yekunlaşacaq.  Artıq ermənilərin Xankəndini saxlaması mümkün deyil.  Prezident İlham Əliyev vəziyyətdən istifadə edərək bütün mübahisəli məsələləri həll edəcək. O cümlədən 2020-ci ildə əldə olunmuş razılığın icrasına, yəni Zəngəzur Dəhlizinin açılmasını həyata keçirəcək. Bunun da ən geci dekabrda baş tutacağı istisna deyil”.

Rus journalist hesab edir ki, hazırkı vəziyyət Bakı üçün həmişəkindən daha əlverişlidir. “Birincisi, 2020-ci ilin payızında baş verən 44 günlük müharibənin göstərdiyi kimi, güc balansı açıq şəkildə onun xeyrinədir. İkincisi, Azərbaycan əsas müttəfiqi olan Türkiyənin demək olar ki, qeyri-məhdud dəstəyinə arxalanmaqda davam edir. Üçüncüsü, ermənilərin belə müttəfiqləri yoxdur. Rusiya onlara kömək etmək istəsə belə, Ukraynada möhkəm ilişib qalıb və çətin ki, ikinci cəbhə açsın. Qərb isə çox uzaqdadır və vəziyyətə hərbi təsir göstərə bilmir və iqtisadi cəhətdən o, Rusiya neftini qismən əvəz edən Azərbaycan nefti və qazının tədarükündən xeyli asılıdır”.

Yusin hesab edir ki, hərbi əməliyyatlar başlayarsa,  ABŞ və Aİ-nin Bakıya qarşı sərt sanksiyalar tətbiq edəcəyini təsəvvür etmək çətindir. “Dalana dirənən Nikol Paşinyan, hər şeyə görə, indidən həmvətənlərinə gələcək məğlubiyyəti və gələcək mümkün güzəştləri necə izah edəcəyini düşünür. Deyəsən, onun müdafiə xətti belə olacaq: Hər şeydə günahkar Moskvadır”.

“Kommersant”ın müxbiri qeyd edir ki, bir ifratdan digərinə tələsən Ermənistanın baş naziri 2020-ci il müharibəsindən əvvəl etdiyi ölümcül olan səhvləri təkrarlayır. “Əsas düşməni olan Azərbaycanı təxribata çəkmək, eyni zamanda nəzəri cəhətdən mümkün olan yeganə müdafiəçiyə, Kremlə meydan oxumaq olmaz.  Çünki bu gün, hətta Ukrayna münaqişəsinin ən qızğın vaxtında Azərbaycanı təmkinli olmağa inandıra bilən yeganə şəxs Vladimir Putindir. Amma bu gün erməni-amerikan hərbi təlimləri və Paşinyanın həyat yoldaşının Kiyevə səfəri fonunda Rusiya prezidentinin bunu etmək istəyəcəyini təsəvvür etmək çətindir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button