ManşetÖlkə içi

Livandakı səfirliyimizə hücum edildi

Xəbər verdiyimiz kimi, 50-yə yaxın erməni əsilli şəxs Azərbaycanın Livandakı səfirliyinə hücum edib. JAMAZ.İNFO xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Ermənilər binanın ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button