GündəmManşet

Larisa Alaverdiyan: “Əliyev azərbaycanlıları Ermənistana köçürmək planını icra etməyə başlayıb”

Ermənistanda Azərbaycanla bağlı daha bir məsələnin geniş müzakirəsinə başlanılıb. JAMAZ.İNFO xəbər verir ki, ictimai-siyasi sektorun nümayəndələri birmənalı olaraq bildirirlər ki, rəsmi Bakı Laçın, Zabux və Xankəndi məsələsi ilə yekunlaşmaq fikrindən uzaqdır.

Onların sözlərinə görə, hazırda Azərbaycan öncədən hazırladığı planın ikinci mərhələsinə start verib. Ermənistanda fəaliyyət göstərən “Hüquqi özbaşınalığa qarşı” adlı QHT-nin rəhbəri Larisa Alaverdyan deyib ki, avqustun 1-dən etibarən başlayan proses bütün Qarabağı əhatə edəcək. “Azərbaycan Qarabağa tam sahiblənmək, öz ərazisi kimi idarə etməyi hədəf qoyub. Avqustun 1-dən başlayan proses bundan ibarətdir. Laçın və Zabuxun boşaldılması da həmin prosesin tərkib hissəsidir”.

Lakin Alaverdiyan prosesin bununla yekunlaşacağına inanmadığını dilə gətirib. “İndiki ciddi geosiyasi oyunlarda meydana 1988-ci il Fidayan hərəkatının çağırışları ilə çıxmaq nəinki ciddi deyil, həm də təhlükəlidir. İlham Əliyev 1988-ci ildən sonra yaşayış məntəqələrini, evlərini tərk etmiş azərbaycanlıların Ermənistana geri qaytarılması ilə bağlı dəqiq vəzifə qoyub. Əliyev artıq bu əməliyyata başlayıb və ardıcıl olaraq həyata keçirir”.

Erməni QHT sədri deyir ki, vaxtıyla Ermənistanın bütün ərazilərində azərbaycanlılar yaşayıb. “Bakının bu köçürmə prosesini bütün ölkə boyu həyata keçirib, keçirməyəcəyi məlum deyil. Amma Zəngəzurda yerləşdirmə niyyətlərinin olduğu açıqdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button