ManşetÖlkə içi

Laçın sərhəd keçid məntəqəsində qadın hərbçilər xidmətə başladı

Azərbaycan Sərhəd Xirmətinin qadın əməkdaşları dünəndən etibarən Laçın Sərhəd-Keçid Məntəqəsində xidmətə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, xanım hərbçilərimiz Ermənistandan Azərbaycana və əksinə hərəkət edən ermənilərin sənədlərini yoxlanılmasını həyata keçirirlər.

Ermənistanda nəşr olunan “İravunk” qəzeti bununla bağlı yazıb ki, hal hazırda Azərbaycan tərəfi Qarabağdan Ermənistana və əksinə hərəkət edən ermənilərin yoxlanılmasını həyata keçirməklə yanaşı, həm də gündəlik say kvotası da qoyublar. Qəzet iddia edir ki, xanım hərbçilərin xidmətə başlamasından sonra ermənilərlə davranışda da çox böyük dəyişiklik olub. “Azərbaycanın sərhədçi qadınları sərhəddi keçmək istəyən erməniləri çox mehribanlıqla qarşılayıb, yola salırlar”.

P.S. Bu bədbəxtlər hələ də anlamayıblar ki, biz Qafqazın ən mehriban və səmimi xalqıyıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button