ManşetMedia

Kürdəmir Yangından Mühafizə Xidmətində nə baş verir? – ŞİKAYƏT-FOTOLAR

“Mən Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətində dispeçer vəzifəsində işləyirəm. İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ancaq Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinin rəisi Fateh Ağayev vəzifəsindən sui-istifadə edərək, korrupsiya əməlləri ilə məşğul olur ki, buna görə çox narahatam”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər Kürdəmir rayon, Qarasu kənd sakini Quliyev Taqət Sakit oğlu tərəfindən redaksiyamızın elektron poçtuna göndərilmiş məktubdandır.

O bildirir ki, Fateh Ağayevin qardaşı Səbuhi Ağayev Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyir, əmisi qızı Əminə Ağazadə isə Milli Məclisin deputatıdır. “Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinin rəisi Fateh Ağayev işlədiyi müddətdə dövlətin ayırdığı vəsaiti talan etməsi barədə çoxlu sayda subutlar olsa da, indiyə qədər onun barəsində heç bir tədbir görülməyib”.

Taqət Quliyev bildirir ki, xidmətə məxsus iki avtomaşını qanunsuz olaraq, sökülərək, detallarını satılıb. “Yanğın söndüən avtomobilin üzərindəki böyük nərdivanı başqa şəxsə satmışdr. Bunu isə onunla əsaslandırır ki, nərdivanı satıb idarənin mətbəxinə mebel almışam. Ancaq mətbəxin təmiri və mebellə təmin edilməsi üçün işçilərdən pul yığılıb. Dövlət tərəfindən ayrılan yanacaqlar satdırılır, öz şəxsi avtomobillərində istifadə edilir. İdarəyə gələn bütün təminatlar pulla satılır”.

Kürdəmir sakini yazır ki, xidmətin rəisi Fateh Ağayevin korrupsiya əməlləri barədə etdiyi şikayətlərdən sonra ona qarşı qərəzli davranır.  “Hətta bu ədəbsiz rəis Fateh Ağayev məni təhqir edib deyir ki, mənim mayor rütbəm sənin filan yerindən böyükdür. 10 ildən çox müddətdir ki, Fateh Ağayev Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinin rəisi vəzifəsində işləyir. Bu müddət ərzində o dövlətin ayırdığı vəsaiti talan edib, idarədə nizam- intizam pozuntusuna yol verib. Buna görə zərurət var ki, onun fəaliyyəti tam, hərtərəfli və obyektiv araşdırılıb qanunu tədbirlər görülsün”.

Yazıda adı keçən şəxsin də mövqeyini dərc etməyə hazırıq.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button