GündəmManşet

Konstantin Zatulin: “10 noyabr razılaşması müharibənin bitməsi deyil, atəşkəsdir”

“Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Ermənistanm münasibətlərindən danışarkən, “3+3” formatını yox, 10 noyabrda imzalanmış bəyanatı dəstəkləyib”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

O bildirib ki, 10 noyabr anlaşması atəşkəs razılaşmasıdır. “Əgər bu prosesə başqa qüvvələr müdaxilə edərsə, o zaman durumun ağırlaşacağı qaçılmazdır. Yəni, atəşkəs yenidən pozula bilər”.

Zatulin qeyd edib ki, Türkiyə istənilən formatda iştiraka həvəslidir. Onun sözlərinə görə, Rusiya Türkiyə ordusunun Qarabağda sülhməramlı kimi iştirak etməsinə imkan verməyib. “Rusiya Türkiyə ordusunun Qarabağda sülhməramlı kimi çıxış etməsinə imkan vermədi. Onları prosesdən kənarlaşdırdı. Putin hesab edir ki, Türkiyə erməni məsələsi varsa, sülhməramlı ola bilməz. Ona görə də, başqalarının bu prosesə qarışmasına imkan verə bilmərik”.

Rus deputat Azərbaycan-Ermənistan sərhəddinin delmitasiya və demarkasiyası məsələsinə də münasibət bildirib. O deyib ki, Putinin Baş Qərargahın xəritələrindən danışması ilə demək istəyirdi ki, əslində hər şey aydındır və sərhədin müəyyən edilməsi üçün sübutlar var. “Rusiya onları təqdim etməyə hazırdır. Moskva ümid edir ki, Ermənistanla Azərbaycan arasında məsələnin həlli üçün bu xəritələr kifayət edəcək”.

Zatulin Qarabağda yeni hərbi əməliyyatların başlaya biləcəyi egtimalı barədə də fikir bildirib. O deyib ki, ötən il baş vermiş 44 günlük müharibəni dayandırmaq mümkün olsa da, bu ümumilikdə, müharibənin bitməsi anlamı daşımır. “Təbii ki, hərbi əməliyyatların yenidən başlaması riski var. Ona görə də, Rusiya bu gün bütün bu sülh təşəbbüslərini irəli sürür. Hər iki tərəfi dinc həyat, əməkdaşlıq və başqa məsələlərlə şirnikləndirməyə çalışır. Çünki həqiqətən risk var və baş verənlər sülhdən daha çox atəşkəsə bənzəyir. Atəşkələr uzun müddət davam edə bilər. Məsələn, 1994-cü ildə də atəşkəs elan edilmişdi. Lakin 2016-cı ilə qədər davam etdi. 2020-ci ildə isə tam pozuldu. Rusiya bu gün çalışır ki, keçmişdə baş verənləri bir kənara qoyaraq, Dağlıq Qarabağın statusu da daxil olmaqla, məsələləri daha sakit şəkildə müzakirə etmək mümkün olsun”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button