ManşetSiyasət

“Kommersant”: “Ağdamdan keçən yol açılacaq”

“Ağdamdan keçən yol nəhayət açılacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Rusiya XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilkin olaraq həm Azərbaycan tərəfi, həm də Qarabağın erməni sakinləri tərəfindən razılaşdırılan variant təklif edib. “Onun mahiyyəti Ağdamdan keçən yolu açmaq və BQXK vasitəsilə bütün lazımi malların çatdırılmasına başlamaq idi. Və bu yerdə hərəkət başlayandan düz bir gün sonra Moskvanın təklifinə əsasən, Laçın dəhlizində də hərəkət bərpa olunacaqdı”.

“Kommersant” yazır ki, Moskvada vəziyyət çox ağır kimi qiymətləndirilir. “Onlar hesab edirlər ki, Bakı güzəştə getməyə hazır deyil. Bununla yanaşı, Qarabağda yaşayan ermənilər də müqavimət göstərirlər”.

Qeyd edək ki, “Kommersnat” qəzeti dünən bu barədə də məlumat yaymışdı. Həmin xəbərdə vurğulanırdı ki, Qarabağın erməni sakinlərinin Vaqif Xaçatryanı azad etməyi və Laçın yolunun dərhal açılmasını tələb etmələri Azərbaycan tərəfindən sərt qarşılanıb. Nəticədə, danışıqlar baş tutmayıb.

Bu xəbərdən bir gün sonra eyni qəzetin Ağdam yolunun açılacağı barədə xəbər yayması isə o deməkdir ki, ermənilər artıq mövcud şərtlərlə razılaşıb və Azərbaycanın tələblərini yerinə yetirmək məcburiyyət qarşısında qalıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button