DünyaManşet

Keçmiş səfir: “Rus hərbi bazasının Ermənistandan çıxarılması prosesi başlayıb”

“Hakimiyyət artıq Rusiya hərbi bazasını Ermənistandan çıxarılması prosesinə başlayıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın Hollandiyadakı keçmiş səfiri Dzyunik Ağacanyan deyib.

Onun sözlərinə görə, bu, Ermənistan cəmiyyətinin Sünikdən keçən dəhlizlə bağlı danışıqlara birmənalı mənfi münasibətindən istifadə etməklə çox ustalıqla edilir.  “Sənədin imzalanmasından qısa müddət sonra dəmir yolu üzərində nəzarət Qərb şirkətlərinə verilərsə, xarici qüvvələr Ermənistana daxil olarsa və Aİ missiyası NATO-nun hərbi mövcudluğuna çevrilərsə, təəccüblənmərəm. Aİ müşahidəçilərinin bu gün Ermənistanda olduqları mandatı nəzərə alsaq, bunu etmək çox asan olacaq”.

O iddia edib ki, Ermənistanın sərhədlərinin, xüsusən də Türkiyə ilə sərhəddin təhlükəsizliyi Rusiyanın hərbi mövcudluğu sayəsində təmin edilir. “Uzun illərdir ki, biz məhz bu mövcudluğa görə Türkiyə ilə müharibədən yayınmışıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button