ManşetSiyasət

Karen Donfrid: “Azərbaycana qarşı olan 907-ci düzəlişi ləğv etmək lazımdır”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid dünən Dövlət Departamentinin Xarici Əlaqələr Komitəsində keçirilən iclasda çıxış edərək, Azərbaycana dəstək verib. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxs Azərbaycana qarşı tətbiq edilmiş 907-ci düzəlişin ləğv edilməsinin zəruri olduğunu bildirib.

O qeyd edib ki, sözügedən düzəlişin olub-olmaması ABŞ və Azərbaycan arasında hərbi yardımlaşma prosesinə heç bir təsid göstərmir. Donfrid bildirib ki, Dövlət Departamenti bu məsələlərə “böyük ehtiyatla” baxır. “Biz bu proqramlarda iştirak edən hər kəsdən soruşduq ki, onlar Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara təsirləri necə qiymətləndirirlər. ABŞ-ın yardımı Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmaya nail olmaq səylərini hər hansı şəkildə pozduğu və ya mane olduğu barədə qiymətləndirmə varmı? Bizim göstərdiyimiz yardım Ermənistana qarşı hücum məqsədilə istifadə edilə bilməz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button