Xəbər verdiyimiz kimi, dünən gecə erməni hərbçilər Kəlbəcər rayonu, Armudlu kəndi istiqamətində dövlət sərhəddimizi pozublar. JAMAZ.İNFO Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 40-yaxın erməni hərbçi dövlət sərhəddimizi pozaraq, 400 metr irəliləyərək, vacib mövqelərdən birində yerləşmək istəyib.
Həmin məlumata görə, əsgərlərimiz silahdan istifadə etmədən düşməni ərazidən çıxarıb.
JAMAZ.İNFO xəbər verir ki, Armudlu kəndi istiqamətində baş vermiş insident nəticəsində 2 erməni hərbiçi yüngül xəsarət alıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, yüngül xəsarət alan erməni hərbiçilər xəstəxanaya yerləşdirilib və müayinə olunublar. Vəziyyətləri stabildir.
Xatırladaq ki, bir neçə gün əvvəl ermənilər Kəlbəcər istiqamətində dövlət sərhəddimizi pozmağa cəhd etmişdilər. Nəticədə, düşmənin 11 hərbçisi xəstəxanalıq olmuşdu. Bumdan başqa, Azərbaycan Ordusunun təminat yollarını minalaya erməni diversantları da zərərsizləşdirilib. 6 erməni hərbçisi əsir götürülüb.