Dünya

Robert Koçaryan: “Paşinyan sənədləri imzalayarkən neçə dənə pampers dəyişib, məlum deyil”

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca rəqiblər arasında danışıqlar da sərt forma almağa başlayır. JAMAZ.İNFO xəbər verir ki, hazırda Ermənistanda siyasi vəziyyət o qədər gərgindir ki, hətta bir çoxları seçkidən sonra vətəndaş müharibəsinin olacağılndan ehtiyat edirlər.

Qeyd edək ki, hazırda iki əsas fiqur arasında gərgin mübarizə gedir. Onlardan biri Qərbin, xüsusən də Fransanın ciddi şəkildə dəstəklədiyi hazırkı baş nazir Nikol Paşinyan, digəri isə Rusiyanın adamı olan Robert Koçaryandır.

Koçaryan bu gün tərəfdarları ilə keçirdiyi görüşdə çıxış edərkən Paşinyan əleyhinə çox sərt danışıb. “Əgər Paşinyanın özünə zərrə qədər hörməti olsaydı, noyabrın 10-da başına güllə vurub, özünü öldürərdi. Ola bilər ki, mən sərt danışıram. Amma reallıq budur ki, biz 5000-dən çox əsgər itirmişik. 11 mindən çox yaralımız var. Üstəlik, xeyli ərazini əldən vermişik. Bunların heç biri olmaya bilərdi. İndi həmin adam durub kişilikdən danışır. Bundan başqa, bu adam gizlində nə qədər sənəd imzalayıb, məlum deyil. Həmin sənədləri qorxusundan harada və neçə ədəd pampers dəyişməklə imzalayıb, onu deyə bilmərəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button