
Bayıl qəsəbəsində jurnalistlər üçün inşa edilmiş 3-cü binadakı mənzillər media işçilərinə verilməyəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumata görə, hakimiyyət dairələri qərar verib ki, yeni binadakı mənzillər Şəhid ailələrinə veriləcək.
Qeyd edək ki, hələ bir müddət əvvəl bir qrup media təmsilçisi jurnalistlər üçün inşa olunacaq binadakı mənzillərin Şəhid ailələrinə verilməsi təklifiylə çıxış etmişdilər.