![](https://jamaz.info/wp-content/uploads/2022/05/1-7-750x470.jpg)
Jurnalistlər üçün inşa edilmiş 3-cü bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən nazirliyin əməkdaşları binanın təhvil-təslim işlərini həyata keçirməyə başlayıblar.
Məlumatda deyilir ki, hazırda binanın qaz, su və elektrik xətlərinin vəziyyəti yoxlanılır. Bundan başqa, bunada təmizlik işləri də aparılır.
Jurnalistlər üçün inşa edilmiş binanın ƏƏSMN-ə verilməsinin konkret səbəbləri məlum deyil. Güman olunur ki, həmin binadakı mənzillər Vətən Müharibəsində Şəhid olmuş şəxslərin ailələrinə veriləcək.