ManşetMedia

Jurnalistlə Qarabağ qazisi arasında mənzil qalmaqalı  

Qarabağ qazisi Qardaşxanov Rövşən Fətəli oğlu ilə əmisi oğlu Nadir Niftəliyev arasında mənzil qalmaqalı yaşanır. O deyib ki, Nadir Niftəliyevin oğlu, YPX.az saytının əməkdaşı Səməndə Niftəliyev isə onu öldümək və döyməklə hədələyir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Qarabağ qazisi özü məlumat verib. 

O bildirib ki, 1992-ci 1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Bu zaman II qrup əlil olub. Rövşən Qardaşxanov qeyd edir ki, Nadir Niftəliyev onun əmisidir. Qızı Zərnişan isə onun gəlini olub. “2014-ci ildə mən 1993-cü ildə zavodda  fəhlə işləyərək dövlət tərəfindən verilən mənzili əmim oğlu, kürəkənim Zaura bağışladım ki, qızıma və nəvələrimə daha yaxşı baxsın. Lakin buna baxmaya 2021-ci ildə qızımım ailə münaqişəsi nəticəsində ailə münasibətləri pozuldu. Bu zaman məni aldadıb, nəvələrimi əlimdən aldılar. Nadir bildirdi ki, sən uşaqların bizdə qalmasın istə, evi qaytaracağıq və uşaqlarla tez-tez görüş verəcəyik. Lakin belə olmadı. Onlar məni məhkəməyə verib ailəmi mənzildən qeydiyatdan çıxarmağı tələb edir, mənim fəhləliklə qazandığım mənzili əlimdən almaq istəyirlər. Bu zaman mən nəvələrimi və mənzilimi Niftəliyeva Zərnişan Rövşən qızına qaytarılması barədə məhkəməyə müraciət etdim. Bakı Apellyasiya Məhkəməsi nəvələrimin qaytarılması və Şirvan Apellyasiya Məhkəməsi mənzilimin qaytarılması barədə qərar qəbul etdi”.

Binəqədi sakini ünvanladığı şikayət məktubunda iddia edib ki, məhkəmə qərarı olmasına baxmayaraq, əmisi oğlu Niftəliyev Səməndər Nadir oğlu YPX.az sayıtının jurnalisti olmağını əsas gətirərək, şikayətçinin ailə üzvləri və onu öldürməklə, döyməklə hədələyir.  “Bildiyimə görə, jurnalist fəaliyyətindən sui-istifadə etməklə dələduzluq etdiyinə görə Niftəliyev Səməndər Nadir oğlunu cinayət məsuliyyətinə cəlb ediblər. Ayağına 6 ay müddətinə nəzərət qolbağı vurublar ki, yaşadığı yeri tərk etməsin”.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button