ManşetMedia

Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

Tanınmış jurnalist, “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə bildiriblər.
Q.İbrahimli mayın 18-də axşam saatlarında Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Q.İbrahimlinin şəkər xəstəliyi də var.
Ağır vəziyyətdə olan jurnalistin hazırda müalicəsi davam etdirilir.
Həmkarları hadisə ilə əlaqədar Mətbuat Şurasına müraciət edərək, Q.İbrahimliyə dəstək verilməsini istəyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button