ManşetSiyasət

“Joqovurd”: “Brüssel görüşündə Zəngəzur Dəhlizi ilə bağlı qərar veriləcək”

“Sünik rayonundan keçən dəhlizin açılması mövzusu bağlanmayıb. Məsələ burasındadır ki, bütün geosiyasi mərkəzlər səslərini ucaltmaqda və o dəhliz haqqında danışmaqda davam edir. Onların hər birinin öz düşüncəsi var”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər “Joqovurd” qəzetinin yayınladığı məqalədəndir.

Məqalədə deyilir ki, Azərbaycan və Türkiyənin mövqeyi konkretdir. “Rusiyanın istəkləri də aydındır. Onlar 10 noyabr saizşinə əsasən yolun Rusiya tərəfindən qorunmasını istəyirlər. Qərb də həmçinin nə istədiyini dolayısı ilə çatdırır. Onlar mütəmadi olaraq, Ermənistanın ərazi bütövlüyünü dəstəklədilklərini bildirirlər. Lakin heç bir başqa geosiyasi mərkəz o dəhlizin və ya yolun olmadığını elan etməyib. Belə bir təəssürat yaranır ki, dünyada Ermənistanın bu dəhlizi Azərbaycana verməsi ilə bağlı konsensus var. Amma onun hansı sənəd əsasında, hansı statusda olması ilə bağlı konsensus yoxdur”.

“Joqovurd” qeyd edir ki, indiyədək Nikol Paşinyan yol verəcəyini inkar etməsə də, dəhliz formalaşdırmaqdan yayınır. “Bu baxımdan oktyabrın sonunda Brüsseldə keçiriləcək görüş həlledici əhəmiyyət kəsb edir və dəhliz-yolunun hansı sənəd əsasında veriləcəyi orada qərarlaşdırılacaq”.

Qəzet bildirir ki, həmin görüşdə Ermənistan tərəfi qərar verməkdən imtina edərsə, onu gözləyən yeni fəlakətlərin sennarisi hazırlanacaq. “Beləliklə, vəziyyət onu göstərir ki, Ermənistanın həmin dəhlizi Azərbaycana verməsi ilə bağlı geosiyasi konsensus var. Lakin Qərb heç bir halda onun Rusiyanın nəzarətində olmasını istəmir. Dəhliz və ya yolun nələrin bahasına və kimin nəzarətində olacağına bu ayın sonunda Brüsseldə aydınlıq gələcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button