Gələn ildən bəzi avtomobillərin ölkəyə idxalı mümkün olmayacaq. JAMAZ.İNFO Xəzər TV-yə istinadən xəbər verir ki, 2024-cü il yanvarın 1-dən 2014 və ya onlan əvvəlki dövrdə istehsal olunmuş avtomobillərin Azərbaycana idxal edilməyəcək.
Mövzu ilə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu məsələ Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənir.
Ekspert əlavə edib ki, istehsal ili 10 ildən çox olan avtomobillərin idxalına qoyulan qadağa bazara təsirsiz ötüşməyəcək. 2024-cü ilin ilk aylarından avtomobillərin qiymətində 5-10 faiz artımın olacağı gözlənilir.
O hesab edir ki, ölkəyə istehsal ili yeni, bir qədər ucuz avtomobillər idxal etməklə qiymət artımın qarşısını qismən almaq olar.