ManşetSosial

İstanbul-Bakı uçuşları iki günlük dayandırılıb?

Dünən gecə İstanbul Havalimanında böhran vəziyyəti yaranıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalist Aynur İmran məlumat yayıb.

O bildirib ki, dünən Azərbaycana təyyarə uçuşları həyata keçirilməyib. “3 saat Hava Limanında gözlədilən sərnişinlərlə uçuş heyəti arasında dava çıxıb. Sonda da elan olunub ki, 2 gün uçuş oımayacaq”.

Aynur İmran qeyd edib ki, hadisənin dəqiq səbəbi bilinmir. “Mən anlamadım, Cahangiri işdən çıxaranda aeroportu da büküb özüylə aparıb? Faciə nədir biıirsiz? Bizim ölkədə birinin əlindən çalışdığı vəzifəni almaq olmur. Vəzifədəkinə sonsuz səlahiyyət verərək o qədər də şişirlər ki, sonra hər cür pisliyi edərlər deyə təhlükəsizıiyi necə təmin edəciyik deyə başlarını itirirlər”.

“Azərbaycan Hava Yolları” aviaşirkətindən isə bildiriblər ki, 1 sentyabr tarixində J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin icrası texniki səbəbdən – təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb. Məlumata görə, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq bu proses əlavə vaxt tələb edib. Məlumata görə, reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır. “Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar. “Yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görürük”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button