ManşetSiyasət

İranlı ekspertdən böhtan: “Azərbaycan yalan danışır, Xələfovu da məqsədinə çatmaq üçün göndərib”

“Zəngəzur Dəhlizinin açılmasının əvvəldən heç bir əsası yox idi. Çünki Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il tarxili razılaşma sənədində dəhlizdən deyil, kommunikasiyaların açılmasından söhbət gedir”. JAMAZ.İNFO bildirir ki, bu sözləri iranlı ekspert Salar Seyf əd-Dini İSNA-ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan son antiterror əməliyyatı ilə 10 noyabr sazişini “pozub”. “Həmin hadisələr zamanı Rusiya sülhməramlıları öz vəzifə borcunu və atəşkəslə bağlı zəmanətini yerinə yetirmədi. Laçın və Qarabağ ələ keçirildi. Onlar bu əməllərinin müqabilində Zəngəzur dəhlizini açmağa can atırlar . Hələ əvvəldən Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi məsələsini önə çəkirdilər. Məqsədlərinə çata bilmədiklərinə görə, indi öz gizli məqsədlərini üzə çıxarırlar”.

Salar Seyf əd-Dini qeyd edir ki, beynəlxalq hüquqa əsaslanan sərhədlərin dəyişdirilməsi baş verməməlidir. “Çünki belə bir hərəkət qanunsuzdur. Bundan əvvəl problemin həlli üçün Ermənistanın bir hissəsinin Azərbaycan verilməsi və əksinə sülh planı təklif edilmişdi. Lakin onlar nəinki Azərbaycanın bir hissəsini Ermənistana vermədilər, əksinə ikincini də almaq istəyirlər. Bu isə yalnız güc yolu ilə mümkündür”.

İranlı ekspert hesab edir ki, İranın dedikləri beynəlxalq hüquq və sərhədlərin dəyişməzliyi ilə bağlıdır. “Cənubdakı Sünik vilayəti Ermənistanın rəsmi ərazisinin bir hissəsidir. İran rəsmi şəkildə bəyan edib ki, həmin ərazilərə heç kim müdaxilə edə bilməz”.

Sözügedən qafqazşünas İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirin “Ermənistana müşahidə missiyası göndərməyə hazırıq” fikrinə də aydınlıq gətirməyə çalışıb. “Bu regionda gərginliyin davam etməsi heç bir ölkənin marağında deyil. Bütün səylər bu fikir ayrılıqlarının və gərginliyin həllinə yönəldilməlidir. İranın bu yanaşması da onunla bağlıdır ki, Tehran Sünik vilayətində hərbi mövcudluğunu təmin etmək istəyir. Yəni Baqirinin işlətidyi fikrin konkret mənası var: İran bu regionda bazaya sahib olmaq və öz maraqlarını müdafiə etmək istəyir”.

“Heç bir ölkənin hərbi gücü təcavüzkar məqsəd və niyyətlərlə müşayiət olunmamalıdır” deyən Seyf əd-Dini hersab edir ki, bölgədə sülh və əmin-amanlıq bütün ölkələrin marağındadır və regionda təhlükəsizliyin təmin olunmasını region ölkələri təmin etməlidir. “Regiondankənar qüvvələrin mövcudluğu sülhə ziddir. Regionda böhran yaratmaq üçün heç bir səbəb yoxdur. Parçalanma və iğtişaşlar əcnəbilərin siyasətidir və region ölkələri öz problemlərini və problemlərini dialoq yolu ilə həll etməlidir”.

İranlı ekspert Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ermənistan razı olmasa, dəhliz Irandan keçə bilər” fikrinə də münasibət bildirib. O deyib ki, Ərdaoğanın fikirlərinin hüquqi əsası yoxdur. “Əslində, bu, bir növ İrana təklifdir. Düşünmürəm ki, hətta Bakı da bua razı olsun. Əgər belə olmasaydı, müharibəyə, hətta Zəngzor dəhlizinin yaradılmasını təklif etməyə də ehtiyac qalmazdı”.

Yekunda Seyf əd-Dini Azərbaycana böhtan atmaqdan da çəkinməyib. O, Azərbaycan Prezidentinin xüsusi köməkçisi Xələf Xələfovun Tehrana səfərini şərh edərək iddia edib ki, Azərbaycan məqsədini həyata keçirmək üçün yalan danışır. “Bakı nə zaman İrana qarşı tədbir görmək istəsə, həyati maraqlarımıza hörmətlə yanaşdığımız şəxslərə yaxınlaşıb aldatmağa çalışır. Düçünürlər ki, bu yolla İranın həssaslığı azalacaq və işini davam etdirə biləcəklər. Görünən odur ki, indi Bakı Tehranda səfirliyini yenidən açmağa çalışır. Əvvəllər bunun terror məsələsi olduğunu desələr də, indi geri çəkilərək, bunu şəxsi məsələ adlandırıblar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button