ManşetSiyasət

İranlı diplomat Paşinyanı “diversant” adlandırdı: “Azərbaycan sözünün heç bir mənası yoxdur”

İranlı diplomat, hazırda bu ölkənin Xarici İşlər Nazirliyində çalışan Əəbülfəzl Zöhrəvəndin daha bir səs yazısı yayılıb. JAMAZ.İNFO xəbər verir ki, Twitter -də yayımlanan həmin səs yazısında Zzöhrəvənd təkcə, Türkiyə və Azərbaycan haqqında deyil, eyni zamanda Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan barəsində də fikirlər səsləndirib.

Qeyd edək ki, iranlı diplomat avqustun 1-də analoji səpkidə açıqlama yayaraq, Naxçıvanın İrana birləşdirilməsini təklif etmişdi. Sentyabrın 9-da yayılan səs yazısında isə Zzöhrəvənd bildirib ki, Ermənistanın baş naziri Nnikol Paşinyanı “diversant” adlandırıb. “Ermənistanın baş naziri savadlı adam deyil. Çox pis işləyir. O, Ermənistanda diversantdır”.

Sözügedən şəxs daha sonra Zəngəzur və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsinə də münasibət bildirib. “Zəngəzuru almağa, Ermənistanla aramızda olan kiçik əlaqəni kəsməyə çalışırlar. Burada dini lider (Xameneyi) məsələni dəqiq qaldırıb. Ancaq türklər bizim qorxularımızı nəzərə almayacaq qədər vicdansızdırlar. Onlar indi MKİ və ABŞ-ın köməyi ilə Ermənistanla münasibətləri tənzimləməyə çalışırlar. Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi İran və Rusiyaya sərfəli deyil. Məqsəd Cənubi Qafqazı Gürcüstandakı vəziyyətə bənzər bir şey yaratmaqdır”.

Zöhrəvənd onu da bildirib ki, bütün bunların məqsədi İran tərəfi üçün həyat tərzi olan Rusiya ilə İran arasında əlaqəni məhv etməkdir.

Keçmiş səfir Azərbaycanala da bağlı məsələyə toxunaraq, İranla tərəfdaşlıq baxımından Ermənistanın Azərbaycandan üstünlüyünü vurğulayıb. “Qarabağ məsələsi bizim üçün çox vacib məsələ idi və indi də vacibdir. Ermənilər müəyyən mənada İranın müttəfiqləridir. Mən demirəm ki, onlar iranlıdırlar. Tarixən bizim həmişə ortaq maraqlarımız olub. Onlar həmişə İranın qonşuluğunda olublar. Sasani dövrünə qayıdın, ondan əvvəl və sonrakı dövrlərə baxın. Ermənilərin İranla münasibətdə Azərbaycan qarşısında üstünlüyü var. Çünki “Azərbaycan” sözünün heç bir mənası yoxdur. Bu insanlar ya İran azərbaycanlılarıdır, ya da deyillər. Buna görə də bu bölgəni boşaltmaları lazımdır. Azərbaycan İrana qaytarılmalıdır, reallıq budur. Nə qədər ki, Azərbaycan İrana qaytarılmayacaq, bizim üçün xərçəng şişi olaraq qalacaq”.

P.S. İranlı diplomatın ölkəsi ilə Ermənistan arasında münasibətlər barədə dedikləri doğrudur. Çünki Tehran uzun illərdir ermənilərin əsas himayəçisi qismində çıxış edir. Lakin Zöhrəvəndin “Azərbaycan” sözünün mənasının olmaması barədə dedikləri, onun tarixdən anlayışının olmamasına dəlalət edir. Bu adam açıb tarixə diqqət eləsə ta qədimdən Azərbaycanın adının müxtəlif şəkildə var olduğunu görər. Onun mənası da açıq-aydın ortadadır. Lakin Zöhrəvənd Ermənistan sözünün nə zaman yarandığı, ümumiyyətlə, byu coğrafiyada ermənilərin nə zamandan yaşadığı barədə tarixi məlumatlara cavab verə bilməz. Çünki Sasani dövrünə apardığı məsələnin yalan olduğunu özü də görər.

Qaldı, İranın Ermənistanla tarixi qonşuluq münasibətinə və Zəngəzur üzərindən əlaqələrinə, iranlı diplomat buradada da yalan danışıb. Çünki Ermənistanla İranın hazırkı sərhəddi cəmi yüz il əvvəl mövcud olub. Ona qədər və ondan sonra, ta 1988-ci ilə qədər Zəngəzurda ermənilər yaşamayıblar.

Azərbaycanın İrana birləşdirilməsi məsələsi isə Zöhrəvəndin arzusudur və arzu olaraq da qalacaq. Çünki bu heç vaxt baş verməyəcək.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button