ManşetSiyasət

İranın Sərhəd Xidmətinin rəisi: “İsrailin Azərbaycanda hərbi bazaları var”

“İsraillilər Azərbaycanın sərhədləri daxilindədir, lakin onların bazalarının dəqiq sayı məlum deyil”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləriİ İran Sərhəd Xidmətinin rəisi, general Əhməd Əli Qudarzi deyib.

O bildirib ki, İsrailin İranın qarşısında duruş gətirməsi imkansızdır. “İsraillilər bilirlər ki, İranın gücü qarşısında onların sərhədlərimizdə heç bir əməliyyat keçirmək gücüi yoxdur. Yalnız bölgə ölkələrini sərhədi dəyişdirməyə, yük maşınlarının girişini qadağan etməyə və giriş haqqını artırmağa təhrik edə bilərlər. Bu gün regionda İsrailin ən aktiv olduğu ölkə isə Azərbaycandır”.

“Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb”.Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır: “Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button