AraşdırmaManşet

Vladimir Sajin: “Cənubi Qafqazda yeni hərbi ittifaqlar qurulacaq”

Tanınmış rus şərqşünası Vladimir Sajin maraqlı məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, “Cənubi Qafqazda hərbi blokun yaranmasının başlanğıcı” adlı məqaləsində şərqşünas İran-Azərbaycan münasibətləri, bölgənin gələcək vəziyyəti, habelə Tehranın narahatlıqlarının əsasları barədə diqqətçəkən fikirlərə yer verib.

Sajin yazır ki, 44 günlük müharibə zamanı prosesləri açıq və gizli şəkildə dəstəkləyən iki böyük dövlət var idi. Onun sözlərinə görə, Azərbaycanı açıq dəstəkləyən Türkiyə idisə, neytral mövqe tutan, əslində isə ermənipərəst mövqedə olan İran idi. “Azərbaycanın qələbə qazanması Bakıya siyasi xəritəni öz xeyrinə yenidən qurmaq imkanı verdi. Nəticədə İranı Ermənistan və Dağlıq Qarabağa bağlayan bəzi əlaqələr Azərbaycanın nəzarətinə keçdi. Söhbət ilk növbədə İrandan Dağlıq Qarabağa yük daşımalarını təmin edən yoldan gedir. Yəni, Qafan-Gorus yolundan söhbət gedir”.

Rus şərqşünas məqaləsində yazır ki, nəqliyyat problemləri ən yüksək səviyyədə həll olunmur. “Əslində, yol məsələsi Tehranın Bakıya psixoloji hücumuna başlaması üçün bəhanə oldu. Bu hücumun səbəbləri daha dərindir. Bu, İranın Neo-Şiəçilik ideoloji doktrinasına əsaslanan bölgədəki və dünyadakı mövqeyi ilə əlaqədardır”.

Müəllif bildirir ki, son zamanlar Cənubi Qafqazdakı siyasi-hərbi vəziyyət Tehranın xeyrinə deyil. O hesab edir ki, İran bu işlərin arxasında təkcə Azərbaycanın deyil, ilk növbədə Türkiyə və əlbəttə İsrailin dayandığını bildirir”.

Sajin qeyd edir ki, Cənubi Qafqazdakı yeni vəziyyət Ankaraya bu marşrut üzrə nəqliyyat kommunikasiya sistemi qurmağa imkan verib. Türkiyə Naxçıvandan keçən və Ermənistan ərazisindəki Zangəzur Dəhlizi vasitəsilə (40 km) – Xəzər dənizi – Orta Asiya respublikalarına (Tacikistan istisna olmaqla bütün türk dilli ölkələr) çıxış əldə edib. Bu, böyük Turanın qurulması üçün atılan zəruri addımdır”.

Lakin rus şərqşünas deyir ki, Tehran Ərdoğanın qlobal layihələrindən çox narahat deyil. Amma İran Zəngəzur dəhlizinin işə salınmasından ciddi narahatdır. “Bu, qərbdəki Suraya və Araz çayı boyu ərazilərdən Xəzər sahilindəki Astaraya qədər İranın şimal sərhədinin Türkiyə və Azərbaycan tərəfindən nəzarətə götürülməsi deməkdir. Paralel olaraq, bu yolla İrandan mal və enerji resurslarının Ermənistan üzərindən tranziti də nəzarətə düşür. Bu, şübhəsiz ki, İranın ilk növbədə Qafqaz bölgəsindəki hərbi-siyasi və ticarət-iqtisadi mövqelərini zəiflədir”.

Sajin deyir ki, Tehrana görə, bütün problemlərində İsrail günahkardır. “Eləcə də Qafqazda. Tehran Bakını İranla savaşmaq üçün Azərbaycan ərazisindən istifadə etmək niyyətində olan sionist rejimlə sıx əlaqədə olmaqda günahlandırır”.

Rus şərqşünas İsraillə Azərbaycanın ticarə və hərbi sahədə əlaqələrinin çox dərin olduğunu vurğulayır. O qeyd edir ki, Təl-Əviv davamlı olaraq özünün ən yaxşı silahlarını Bakıya verir. Və İranın bu baş verənlərdən narahat olması da qeyri-adi deyil. “Ancaq narahatlıq İsrailin Azərbaycana silah verməsi deyil, Suriyadan Astaraya qədər bütün sərhəddinin nəızarətə düşməsi, habelə Zəngəzur Dəhlizinin çəkilməsi ilə Qara dənizə çıxışının qarşısının alınmasıdır”.

Sonda o qeyd edir ki, Cənubi Qafqazda yeni hərbi-siyasi blokun yaranması uzaq deyil. Onun sözlərinə görə, tezliklər tərəflər öz mövqelərini dəqiqləşdirib, konkret addım atacaqlar. Sajinə görə, yeni ittifaqlar Türkiyə-Azərbaycan-İsrail-Gürcüstan və İran-Ermənistan və Ermənistan-Rusiyadan ibarət olacaq.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button