GündəmManşet

İranda Laçın dəhlizinin açılması tələbi ilə imzatoplama kampaniyasına başlanılıb  

İranda yayınlanan “Karzar.net” sayında Laçın dəhlizinin açılması tələbi ilə imzatoplama kampaniyasına start verilib. JAMAZ.İNFO xəbər verir ki, kampaniyanın təşəbbüskarı “Anahit” elmi-mədəni və ədəbi jurnalının redaksiya heyətinin katibi Abbas Eqbal Mehrandır.

O, sözügedən saytda Azərbaycanı ittiham edərək, yolun bağlanmasını “soyqırıma cəhd” kimi “qiymətləndirib”. Bundan başqa, Mehran onu da iddia edib ki, guya, Qarabağda 120 min erməni aclıq həddindədir və onları “xilas” etmək lazımdır. “İranın qonşuluğunda yerləşən Qarabağda baş verən son hadisələr dinindən və milliyyətindən asılı olmayaraq hər bir insana ağrı verir”.

P.S. Mehrana deyən lazımdır ki, əgər dinindən və milliyətindən asılı olmayaraq, hər bir kəsi müdafiə edəcək qədər cəsur idisə, niyə Xocalı soyqırımı, 800 min azərbaycanlının öz yurdundan didərgin düşməsi,  Qaradağlı, Ağdaban və digər faciələrlə bağlı bircə kəlmə də olsun yazmayıb? Və ya bunun soyqırım, işğal olması barədə hər hansı kampaniya həyata keçirməyib?

Tehran molla rejimi bir tərəfdən Azərbaycanla münasibətləri düzəltməyə, əlaqələri bərpa etməyə çalışır. Digər tərəfdən də, Mehran kimi adamları qabağa verərək, Qarabağdakı ermənilərin müdafiəsinə qaldırır. Bu siyasət deyil, riyakarlıqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button