GündəmManşet

İrəvandan Xankəndinə mesaj: “Azərbaycana reinteqrasiyaya başlayın, müqavimət əbəsdir”

Dünən Ermənistan hökuməti Qarabağdakı separatçılara məktub ünvanlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Həmin məlumatda deyilir ki, rəsmi İrəvan məktubunda Qarabağdakı yeni quldurbaşı Samvel Şahramanyanı təbrik etməyib. Orada təklifdən bəhs olunub.

Belə ki, Ermənistan hökuməti Samvel Şahramanyana bildirib ki, əbəs yerə müqavimət göstərməsin. Bunun hər hansı fayda verməyəcəyini də qeyd ediblər. İrəvan təklif edib ki, Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyası prosesinə başlamalıdır. Bununla bağlı danışıq prosesi apararaq, müzakirələrə start verməlidir.

“Hraparak”ın yazdığına görə, Ermənistanın istəyi Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi və bununla da münaqişəyə son verilməsidir. Hətta məktubda Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlayacağı təqdirdə, Rusiya da daxil olmaqla, heç bir qüvvə onları müdafiə etməyəcəyi vurğulanıb.

Erməni qəzeti bildirir ki, İrəvanın məktubuina Şahramanyan rədd cavabı verib və təklifi qəbul etmədiyini çatıdırıb. “Şahramanyan bundan sonra Ermənistanla Qarabağ məsələsində hər hansı müzakirə aparmağa da son verdiyini bildirib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button