ManşetÖlkə içi

İrəvanda panika: “Biz tezliklə Əliyevin İrəvanda çay içəcəyini görəcəyik”

Ermənistanın Zod istiqamətində Azərbaycana qarşı təxribat törətməsi və layiqli cavabını alması İrəvanda panikaya səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin itkilərlə bağlı açıqlaması isə durumu daha da təlaşlı vəziyyətə çevirib.

Belə ki, İrəvanda baş verənlərlə bağlı etirazlar olduğu kimi, ittihamlar da intensivləşib. Şəhər əhalisi arasında isə söhbət yayılıb ki, Azərbaycan Ordusu guya, Zodu keçərək, Göycə gölünə, hətta İrəvana doğru irəliləyir. Hətta bəzi erməni telekanallarında məlumat yayılıb ki, guya, Göyçə gölü yaxınlığında Azərbaycan hərbçiləri görünüblər.

JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, bu tip xəbərlərin haradan yayılması araşdırılır. Çünki Ermənistan hökuməti özü də bu xəbərlərdən ciddi narahatlıq keçirməyə başlayıb. Ona görə ki, sabah Ermənistan müxalifəti şəhərin mərkəzində aksiya keçirməyi planlaşdırır. Və həmin aksiyada tək şuar Paşinyanın istefa verməsindən ibarətdir. İrəvan iqtidarı hesab edir ki, belə xəbərlərin yayılması panikanın və qorxunun daha da artmasına, çoxlu sayda insanın isə meydana çıxmasına səbəb ola bilər.

Bu əsnada, “Ana Ermənistan” Partiyasından İrəvan bələdiyyəsinə namizəd Naira Melikyan (oğlu Hayk II Qarabağ savaşında ölüb) “Hraparak”a bildirib ki, Zodda baş verənlərdən o qədər də xəbəri yoxdur. Lakin durumun ağır olduğunu bilir. “Erməni cəmiyyəti anlamalıdır ki, bu müharibə bitməlidir. Biz bu məsələni birdəfəlik həll etməliyik. Əks təqdirdə, qorxduğumuz başımıza gələcək. Belə davam etsə, biz Əliyevin İrəvanda çay içəcəyini gözlərimizlə görəcəyik”.

P.S. Ermənistan əhalisi hələ də anlamır ki, işğalçılıq, soyqırım törətməklə heç bir şey həll etmək mümkün deyil. 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlamaqla, şəhər və kəndlərimizdə soyqırımlar və qətliamlar törətməklə heç nəyə nail ola bilmədilər. Ona görə də, ağıllarını başlarına yığıb, müharibədən, təxribatdan əl çəkməli, danışıqlar masasında oturmalı, sülh sazişi imzalamalıdırlar. Əks təqdirdə, Azərbaycan Ordusu onlara layiq olduqları cavabı verəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button