GündəmManşet

İrəvan və Qarabağ erməniləri arasında parçalanma: “Gedin, öz şəhərlərinizdə yaşayın, bura gəlməyin”

Son günlər Ermənistanda yaşayan ermənilərlə Qarabağdakı ermənilər arasında ciddi fikir ayrılıqları yaranmağa başlayıb. Bu proses o qədər dərin şəkil alıb ki, İrəvan erməniləri Qarabağı tələb edən digərlərini nəinki aqressiv münasibət bildirir, hətta onları ələ salır.

JAMAZ.İNFO xəbər verir ki, son günlər İrəvanda aksiya keçirən Qarabağdan gəlmiş ermənilərə yerli sakinlər xəbərdarlıqlar edirlər. “Hraparak” nəşri bununla bağlı yazır ki, artıq vəziyyət pik həddədir. “Necə oldu ki, biz Qarabağ uğrunda canımızı fəad edən xalqdan, Qarabağdakı erməniləri ögəy bilən nəslə çevrildik? Bu gün İrəvanda Qarabağın adını çəkəndə, adamı ələ salırlar. Dünənə qədər Qarabağ üçün müharibə edən, onu ölkənin bir parçası sayanlar, bu gün Qarabağ ermənilərinə “get, öz şəhərində yaşa, öz şəhərini qoru” deyirlər”.

Qəzet bununla bağlı sosial şəbəkələrdə İrəvan və Qarabağ erməniləri arasında gedən polemikalara, hətta əlsalmalara diqqət yetirib. “Təsəvvür edin, Ermənistanda yaşayan erməni qadın Zabux və Laçından köçən erməniyə, “sən vida tortu bişirmisənmi? Xahiş edirik, onu Ermənistanda bişirməyin. Gedin, öz şəhərlərinizdə yaşayın” yazıb. Bir başqası isə “Onları Ermənistana buraxmayın, qoy, Qarabağa getsinlər” deyə qeyd edib. Bu artıq bizim parçalanmağımız deməkdir”.

“Hraparak” qeyd edir ki, belə vəziyyətin yaranmasının səbəbi siyasətlə bağlıdır. Qəzet yazır ki, Ermənistandakı ermənilərin Qarabağ erməniləri ilə yola getməmələrinin başlıca səbəbi “Qarabağ klanı” ilə bağlıdır. “Robert Koçaryan, Serj Sarkisyan kimi “Qarabağ klanı”nın rəhbərləri Ermənistanı çox ağır vəziyyətə salmışdılar. Ölkənin iqtisadi durumu bərbad idi. İnsanların düşüncəsində həmin vəziyyət qalıb. Ona görə də, yeni Koçaryanların yenidən hakimiyyətə gəlməməsinə çalışırlar”.

Qeyd edək ki, İrəvan ermənilərinin Qqarabağ erməniləri ilə münasibətlərinin korlanmasının başlıca səbəbi məhz Koçaryan və Sarkisyan hakimiyyəti zamanı aldıqları ağır iqtisadi zərbələrdir. Elə bu gün də Ermənistanda Koçaryanın rəhbərlik etdiyi müxalifət blokuna yerli erməni xalqı dəstək vermir. Son parlament seçkiləri də göstərdi ki, sadə ermənilər “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməsini istəmirlər. Hətta Qarabağ əllərindən çıxsa belə, onların hakimiyyətə gəlməsinə imkan vermək fikrində deyillər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button