ManşetSiyasət

İrəvan təxribatlara davam edir: indi də diplomatları sərhəddə gətirir

Məlum olduğu kimi, Ermənistan tərəfi iki gündür sərhəddə təxribat törətmək üçün bütün imkanlarını işə salıb. JAMAZ.İNFO xəbər verir ki, Laçın Sərhəd Buraxılış Məntəqəsinin qarşısına 40-dan artıq yük maşınını yığan erməni tərəfi, oradakı yüklərin humanitar yardım olduğunu və onların Qarabağa çatdırılmasını istəyir.

Qeyd edək ki, Azərbaycan tərəfi dünən bununla bağlı konkret açıqlama verib. Həmin açıqlamada qeyd edilir ki, Brüssel danışıqlarında Qarabağa yüklərin çatdırılması prosesi Ağdam-Xankəndi yolu ilə həyata keçirilməsində razılıq əldə olunub. Ermənistanın hazırkı hərəkəti isə siyasi spekuliyasiya adlandırılıb.

JAMAZ.İNFO xəbər verir ki, bütün bu rədd cavablara rəğmən, ermənilər məsələni daha da böyütmək və açıq təxribat predmetinə çevirməyə cəhdlərini davam etdirirlər. Belə ki, İrəvan hökuməti hazırda bu ölkədə akreditasiya olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrini Laçın SBM-in qarşısında yerləşən Kornidzor şəhərinə gətirməyə hazırlaşır. Bu gün səhərdən etibarən diplomatların əraziyə gətirildiyi bildirilir.

P.S. Ermənistan tərəfi elə zənn edir ki, bu addımları ilə nəyəsə nail olacaq. Əvvəla Qarabağ Azərbaycan ərazisidir və orada yaşayn dinc erməni sakinlərinə də vətəndaşlıq üçün vaxt verilib. Həmin müddət ərzində ermənilər ağıllı olub vətəndaşlığımızı qəbul edəcəklərsə, bütün təminatları qarşılanacaq. Əks təqdirdə, ölkənin qapısı açıqdır və çıxıb gedə bilərlər. İkincisi, Qarabağa hər hansı dərman və yük daşımaq lazımdırsa, bunu Azərbaycan özü həyata keçirə bilər və bununla bağlı konkret təklif də verib. Ağdam-Xankəndi yolu açıqdır, bütün yükləri oradan daşımaq mümkündür. Buyursunlar, etsinlər. İndiki şou və təxribat isə ermənilərə zərər edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button