GündəmManşet

“İrəvan Qarabağdan çəkildi ki, Zəngəzurdan dəhliz keçməsin, amma…”

Ermənistanda fəaliyyət göstərən “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan Zəngəzur Dəhlizi və bölgədə baş verənlərlə bağlı maraqlı fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, o, gündəmdə olan yeganə məsələnin 10 noyabr razılaşmasındakı 9-cu bənd olduğunu vurğulayıb.

Arakelyan iddia edir ki, hazırda Ermənistan ətrafında baş verənlər  həmin bəndin yaratdığı hadisələrin törəmələridir. “Paşinyan həmin maddəyə əsasən  öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol açılmalı və həmin yolu Rusiya FSB-si qorumalıdır. Məhz bu həyata keçmədiyi üçün Laçın dəhlizi bağlandı, Ermənistan Qərbə yönəldi, Rusiya ilə münasibətləri pisləşdi. Ermənistan bütün Qarabağı verməyə razı idi ki, təki, bu bəndi icra etməsin”.

Partiya sədri qeyd edir ki, Ermənistan ümumi konsensus əsasında Qarabağdan çəkildi, lakin Azərbaycan Zəngəzur Dəhlizi mövzusundan bir addım belə geri qoymur. “Bu gün Sünik məsələsi Ermənistanın başı üzərindən asılmış qılıncdır. Beynəlxalq konsensus olmasa da, Rusiya ilə Qərbin məsələnin həlli üçün ayrıca qərarı və prosesi var. Üstəlik, qarşı tərəfin prosesdən uzaqlaşdırılmasının vacibliyi də həmin prosesdə böyük paya malikdir”.

Arakelyan deyir ki, hazırda Azərbaycan sərfəli vəziyyətdədir: “Naxçıvana ya Rusiya, ya da Qərb, artıq Türkiyə timsalında yol açılacaq. Eyni zamanda, münaqişəni qaynar saxlamaq üçün Ermənistana başqa təzyiqlər etmək də davam edir”.

“Aprelu Yerkir”in təsisçisi hesab edir ki, Rusiya ilə Qərb arasında münaqişə səbəbindən bir müddət yol məsələsi həll olunmayacaq. “Lakin bu hal Azərbaycana həmin bəndin icrasını həyata keçirmək üçün qanuni əsas yaradacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button