AraşdırmaManşet

İrəvan hökuməti separatçılarla əlaqələrini kəsib – SƏBƏB NƏDİR?

Ermənistan hökuməti ilə Qarabağdan qaçmış separatçılar arasında əlaqə tamamilə kəsilib. JAMAZ.İNFO “Hraparak”a istinadən xəbər verir ki, İrəvan nümayəndələri separatçılarla bütün görüşləri dayandırıblar. Hətta bir neçə dəfə görüşlə bağlı edilən müraciətlərə belə məhəl qoyulmayıb.

Qəzet qeyd edir ki, separatçılar əsasən İrəvandakı “nümayəndəlik”də toplaşırlar. Ötən gün Samvel Şahramanyan daha bir qrup separatçını başına toplayaraq, onlarla görüş keçirib. Görüşdə əsasən Qarabağdan köçmüş ermənilərin problemləri müzakirə olunub.

“Deputat” Metaxe Akopyan bildirib ki, həmin görüşdə qondarma “dqr”in ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərarın dəyişdirilməsi müzakirə olunmayıb. O bildirib ki, qondarma “parlament”in sessiyasının çağırılması da müzakirə edilməyib. “İndi bunun zamanı deyil. Bunun üçün bir qədər geniş müzakirə aparıb, yekunda qərar vermək lazımdır. Tələsməməliyik”.

İrəvan hökuməti ilə separatçılar arasında münasibətlərin kəsilməsi və soyuq olmasının səbəbləri konkret məlum deyil. Yerli medianın ehtimalları budur ki, birinci səbəb hazırda Ermənistan tərəfi separatçılara verilməli olan pulları dondurmasıdır.

Digər səbəb kimi isə baş nazir Nikol Paşinyanın Azərbaycandan çəkinməsi göstərilir. Erməni mediası iddia edir ki, Ermənistan hökuməti Qarabağdan olan separatçılarla münasibətlərin saxlanılmasının Bakıya hüquqi addımlar atmaq üçün əsaslar verə bilər. “Ermənistan hakimiyyətinin ehtiyat etdiyi əsas məsələ odur ki, Azərbaycan Qarabağın rəhbərliyinin İrəvan hökuməti ilə əlaqələrini əsas götürüb, eskalasiya əl ata bilər. Və bunun üçün hüquqa əsaslanmış olar”.

Bir digər səbəb kimi isə Ermənistan hakimiyyətinin Qarabağ məsələsini ermənilərə unutdurmaq istəməsi göstərilir. “Hraparak” yazır ki, Nikol Paşinyan üçün Qarabağ məsələsi bağlanıb və o mövzunu yenidən qabartmaq istəmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button