ManşetSiyasət

İqbal Məmmədovla Qənirə Paşayeva arasında gərginlik: İki deputat yola getmirlər

Milli Məclisin iki deputatı biri biriylə yola getmirlər. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, həmin deputatlar İqbal Məmmədovla Qənirə Paşayevadır.

Millət vəkilləri arasındakı münaqişəli vəziyyətin yaranmasının səbəbi konkret olaraq bəlli deyil. Lakin Paşayeva ilə Məmmədov arasındakı ixtilaf bir müddət qapalı müstəvidə davam etsə də, artıq üzə çıxmağa və açıq şəkildə təzahür etməyə başlayıb. JAMAZ.İNFO-ya məlumat verən mənbə bildirir ki, Məmmədov artıq özünün yaxın adamlarından əlavə, mediadakı bir çoxlarına da bildirib ki, Qənirə Paşayeva ona qarşı mübarizə aparır, onun obyektləri haqqında mətbuata məlumatlar ötürür. Hətta bu yaxınlarda “Relax” İstirahət Mərkəzi ilə bağlı yaranmış qalmaqalın da “memarı”nın xanım deputatın olduğunu dilə gətirib.

Bu gərginlik və münaqişəli vəziyyətin yaranmasının bizneslə əlaqəli olacağı real görünmür. Çünki Qənirə Paşayeva az sayda deputatlardan biridir ki, onun böyük biznesi barədə demək olar ki, məlumat yoxdur. Belə olan təqdirdə, ortada bir ehtimal qalır: O da iki qrup arasında gedən mübarizədir. Yəni, Qənirə Paşayevanın təmsil olunduğu dairə ilə İqbal Məmmədovun təmsil etdyi siyasi qrup arasında mübarizə var və bu proses deputatların toqquşmasının əsas səbəblərindən biridir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button