ManşetSiyasət

İlham Əliyev və Nikol Paşinyanın Nobelə namizədliyi irəli sürüləcək?

“Qərb ardıcıl olaraq Azərbaycanla Ermənistan arasında istənilən sənədin imzalanmasına nail olmaq istəyir. Hətta bu niyyətləri həyata keçərsə, Prezident İlham Əliyev və Nikol Paşinyanı mükafatlandırmaq üçün bəzi addım atmaq fikriləri olduğu da qeyd edilir”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.

Erməni nəşri daha sonra diplomatik mənbələrə istinadən onu da qeyd edib ki, hazırda Avropa və ABŞ-dan olan ciddi fiqurlardan bir neçəsi sülh müqaviləsi bağlanarsa, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Nobel Sülh Mükafatı laureatlığına namizədliklərini irəli sürsünlər. “Həmin şəxslərin bununla bağlı müraciət etdikləri və danışıq apardıqları da deyilir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında münaqişə uzun illərdir davam edir. Ermənilərin xəstə təxəyyülü səbəbindən indiyə qədər minlərlə insan həyatını itirib. Əgər bu münaqişə sülh sazişi ilə yekunlaşıb, iki ölkə arasında münasibətlərin düzəlməsinə səbəb olarsa, bu münaqişənin bitməsi anlamına gələcək. Belə olan halda, həmin münaqişəni həll etmək missiyası Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın üzərinə düşür ki, onlar bunun öhdəsində gələcəkləri təqdirdə, Nobel mükafatına layiq olmaları realdır və hər ikisi haqq etmiş olurlar.

Lakin ermənilərin sülh sazişi məsələsində səmimi olduqları inandırıcı görünmür. Çünki revanş arzusu ilə yaşayan İrəvan, əgər sülh istəsəydi Fransa və Hindistandan silahlar alaraq, müharibə hazırlığı görməz, sərhəddə davamlı təxribatlar törətməzdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button