Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə hazırlıq gedir. JAMAZ.İNFO bildirir ki, bu barədə “İnterfax” agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən xəbər yayıb.
Peskov bildirib ki, hazırda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünə hazırlıqlar başlayıb. “Bəli, belə bir görüşə hazırlıq gedir. Lakin görüş videokonfrans şəklində baş tutacaq”.
Görüşün gələn həftə baş tutacağı, lakin hər hansı sənədin imzalanıb-imzalanmayacağı barədə hər hansı bir məlumat yoxdur.