Bu gün günorta saatlarında Qqarabağ separatçılarının qanunsuz silahlı dəstələrinin iki üzvü Xocavənd rayonu ərazidində minaya düşüblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Həmin məlumata görə, minaya düşən erməni terrorçularının vəziyyəti ağırdır.
Qeyd edək ki, 44 günlük müharibədən sonra rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərə sığınan terrorçular Azərbaycan Ordusu ilə üzbəüz mövqeləri minalamaqla məşğul olublar. İndiyə qədər bu fakt Sarıbaba dağı, Kəlbəcər və Laçın istiqamətlərində, habelə Fərrxu dağında da təsdiqini tapıb. Bu dəfə isə ermənilər öz qazdıqları quyuya özləri düşüblər.