ManşetSosial

İcra başçısı təcili olaraq Türkiyədən Almaniyaya aparılıb?

Sumqayıtın icra başçısı Zakir Fərəcov dünən təcili olaraq Türkiyədən Almaniyaya aparılıb. JAMAZ.İNFO-ya etibarlı mənbələrdən daxil olan məlumata görə, buna səbəb icra başçısının səhhətində problemin yaranması olub.

Məlumatda deyilir ki, Fərəcov bir müddət əvvəl Türkiyənin məşhur klinikalarının birində əməliyyat olunub. Onun boğazında problem olduğu və bu səbəbdən də əməliyyat edildiyi bildirilir. Əməliyyatdan sonra hətta icra başçısının Bodruma istirahətə getdiyi də deyilirdi. Lakin dünən səhhətində yaranan problemdən dolayı Fərəcovu Almaniyaya aparıblar.

Məsələni dəqiqləşdirmək üçün Sumqayıt Şəhər  İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin sualımıza cavab ala bilməıdik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button