Artıq bir neçə gündür Ermənistanda Qarabağla bağlı bir sıra müzakirələr gedir. Xüsusən də Praqa görüşünün nəticələrinə həsr olunmuş Ermənistanın baş naziri Nikol Paşinyan və Qarabağ separatçılarının başçısı Arayik Harutyunyanın görüşündən sonra bu müzakirələr daha da qızışıb.
JAMAZ.İNFO xəbər verir ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bir sıra mənbələrə istinadən xəbər yaymışdı ki, Nikol Paşinyan Arayikə məsləhət görüb ki, danışıqları Bakı ilə aparsın. Çünki Rusiya tezliklə Qafqazdan, o cümlədən Qarabağdan gedəcək. Nəşrin yazdığına görə, Paşinyan Rusiyanın Ukrayna böhranı fonunda Türkiyə-Azərbaycan ittifaqı ilə hər hansı münaqişəyə girmək niyyətində olmadığını da dilə gətirib.
Eyni qəzet bu gün yazıb ki, Qarabağdan bir qrup separatçı Mmoskvaya səfər edərək erməni baş nazirin dediklərini dəqiqləşdirmək istəyirlər. “Qarabağdakı rəsmilər Paşinyanın dediklərinə inanmırlar. Onun üçün də Moskvaya gedib, məsələni dəqiqləşdirməyə çalışırlar”.
“Hraparak”ın iddiasına görə, onlar Rusiyadakı siyasi dairələrlə bununla bağlı danışıblar. “Dünən bizə dedilər ki, Paşinyanın təqdim etdiyi xəbərlər Rusiyanın müxtəlif yüksək rütbəli dairələri tərəfindən təkzib edilib. Onlar Cənubi Qafqazı başqalarına vermək və Qqarabağdan çıxmaq fikrində olmadıqlarını bildiriblər”.