GündəmManşet

Aarayik Harutyunyan: “Bakı ilə görüşməliyik”

“Əgər biz faktiki müstəqilliyimizi, sabitliyimizi, əmin-amanlığımızı qoruyub saxlamaq istəyiriksə, təbii ki, Bakı ilə görüşməliyik”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan deyib.

O bildirib ki, Bakı ilə birbaşa danışıqların onlara nə verəcəyini qiymətləndirməlidirlər. “Əgər biz faktiki müstəqilliyimizi, sabitliyimizi, əmin-amanlığımızı qoruyub saxlamaq istəyiriksə, bu görüşlərdə həyati vacib məsələləri qaldırıb həll etməliyik. Təbii ki, Bakı ilə görüşməliyik. Öz müqəddəratını təyin etmək hüququmuzdan əl çəkmədən, müstəqilliyimizə gedən yolu şübhə altına almadan”.

Harutyunyan Rusiyanın şəninə də mədhiyyələr deyib və özünün taleyinin bu ölkədən kənar hiss etmədiyini deyib. “Qqarabağın gələcəyini Rusiyanın iştirakı olmadan təsəvvür edə bilmirəm. Burada belə bir sual yarana bilər ki, Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır, lakin münaqişə artıq Ermənistanla Azərbaycan və ya Qarabağla Azərbaycan arasında məsələ deyil. Təəssüf ki, uzun müddətdir ki, bu münaqişənin daha dərin əsasları var. Şuşa bəyannaməsi var – Azərbaycan-Türkiyə və Türkiyənin bu son müharibədə rolu, müharibədən sonra bölgədəki rolu artıb. Ona görə də biz Rusiyadan daha etibarlı təminatlar gözləyirik, nəinki sülhməramlı missiya. Bu gün, əlbəttə ki, biz beynəlxalq ictimaiyyətin fəaliyyətini alqışlayırıq, amma açıq şəkildə demək istəyirəm ki, Rusiyanın zəmanəti olmadan Artsaxın gələcəyi mənim üçün şübhəlidir”.

Harutyunyan iddia edib ki, Qarabağın özünümüdafiəsi şübhə altına alına bilməz və Ermənistanın artıq Qarabağın müdafiəsində iştirak etməməsinə baxmayaraq, onlar bunu təkmilləşdirməyə davam edəcəklər.

P.S. Bu sarsaq elə zənn edir ki, Bakı hökuməti Qarabağ məsələsi ilə bağlı onunla görüşəcək. Həm də qanmır ki, Qarabağda bir ovuc erməniyə nəinki “müstəqillik”, heç muxtariyyət də verilməyəcək. Azərbaycan tərəfinin görüşəcəyi adamlar isə Qarabağda yaşayan erməni icması və onların öz aralarında müəyyən etdiyi nümayəndələr olacaq. Bəli, Arayiklə də görüşüləcək. Sadəcə, danışıq masası arxasında deyil, ya Baş Prokurorluqda, ya da DTX-da…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button