ManşetSiyasət

“Hraparak”: “Ruslar Ağdam yolu ilə yük daşımayacaqlarını bildirirlər”

Məlum olduğu kimi, son günlər Azərbaycanın tələbi ilə Qarabağa humanitar yardımın daşınması üçün Ağdam- Xankəndi yolu təklif edilib. Rəsmi Bakı Ermənistandan Qarabağa Laçın dəhlizi vasitəsi ilə yüklərin daşınmasına qarşı olduğunu, bu səbəbdən də yüklərin sərhəddən buraxmadığını haqlı olaraq bəyan edib.

JAMAZ.İNFO xəbər verir ki, separatçılar da bütün cəhdlərə və oyunbazlıqlara baxmayaraq, istədiklərinə nail olmadıqlarından Azərbaycanın təklifi qarşısında boyun əymək məcburiyyətində qalıblar. Belə ki, separatçılar  bu yaxınlarda bildiriblər ki, onlar ərzaq məhsulları istisna olmaqla, digər məhsulların Ağdam yolu ilə Xankəndinə göndərilməsinə razıdırlar.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti isə yazır ki, Xankəndidəki separatçılar Azərbaycanla Ağdam üzərindən ticarət xəbərini təsdiqləməsələr də, müzakirələrin getdiyini bildirirlər. “Amma Qarabağdan gələn xəbərlərə görə, Rusiya sülhməramlıları Ağdam yolunun açılmasını və ermənilərin oradan yük qəbul etməsini fakt hesab edirlər. Lakin onlar müxtəlif fiqurlarla görüşlər zamanı Ağdam yolu ilə heç bir şey daşımayacaqlarını bildiriblər”.

Erməni nəşrinin iddiasına görə, rus hərbi kontingentinin rəhbərliyi bildirib ki, müharibədən sonra bütün yükləri Gümrü hərbi bazasından götürərək, Qarabağa çatdırıblar. “Sülhməramlılar müharibədən bəri olduğu kimi, Gümrü hərbi bazasından da ehtiyac duyduqları ləvazimatları almağa davam edəcəklərini və razılıq əldə edərkən bu tələbdə israr edəcəklərini bildirirlər”.

P.S. Rusların bu hərəkəti gözlənilən idi. Çünki Ağdam yolunun açılması onların əsas planlarının sıradan çıxmasıdır. Ona görə ki, istədikləri məhsulu, habelə silah və sursatı ermənilərə rahatlıqla çatdıran ruslar, bundan sonra həmin fitnəkar əməllərini həyata keçirə bilməyəcəklər. Bu səbəbdən də oyupozanlıq etməyə, Ağdam yolu ilə yük daşımamağa cəhd edəcəkləri istisna deyil. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button