
Ermənistanın tirajlı “Hraparak” qəzetinin yaydığı xəbərə görə, hal hazırda Xankəndi şəhərinin yaxınlığında atışma gedir. JAMAZ.İNFO xəbər verir ki, qəzet şəhərin özünün də raketlə vurulduğunu iddia edib.
Qəzet yazır: “Partlayışlar şəhərin özündə və kənarında baş verir. Şəhərin kənarından şiddətli atışma səsləri gəlir”.